İsveçrədə fərqli qadağa
Bir çox ölkələr ətraf mühitin çirklənməsinə nəzarət etmək üçün müxtəlif tədbirlərdən istifadə edirlər.
Bunlardan biri də İsveçrədir. Dünyanın ən təmiz ölkələrindən biri kimi tanınan İsveçrənin Muttenz şəhərinin bələdiyyə şurası yeni cəzalar qəbul edib. “Basler Zeitung” qəzetinin məlumatına görə, Şura üzvü Salome Lüdi “İctimai yerdə kiminsə yerə tüpürdüyünü görmək xoşagəlməz haldır”-deyərək bildirib ki, yeni əsasnamə polisin gündəlik işini asanlaşdırmaq məqsədi daşıyır.
Siqaret kötükləri, yerdəki saqqız və daşan zibil qutuları İsveçrədə tapa biləcəyiniz bir şey deyil. İsveçrənin Muttenz şəhərində bu dəfə küçəyə tüpürən hər kəs 100 frank və ya təxminən 106 avro ödəməli olacaq. Muttenzin qonşu şəhəri Liestalda tüpürmək qadağası üç ildir ki, qüvvədədir. Bələdiyyədən deyirlər ki, o vaxtdan ictimai yerlərdə səkilər və döşəmələr daha təmiz olub. Yerə tüpürməyə görə tətbiq edilən cərimələr üzrə rekord İspaniyanın Barselona şəhərində qeydə alınıb. Barselonada yerə tüpürən hər kəs 3000 avro cərimə olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...