İsveçrə və NATO ölkələrindən olan hərbi pilotlar İspaniyada təlim keçəcəklər
İsveçrə Hərbi Hava Qüvvələrinin pilotları yanvarın 26-dan fevralın 9-dək NATO ölkələrinin - Yunanıstan, İspaniya, İtaliya, Fransa və Çexiyanın hərbi pilotları ilə birlikdə Albasete (İspaniya) şəhərində təlim keçəcəklər.
Fhnews.az xəbər verir ki, İsveçrə hökumətinin məlumatına görə, Bern təlimdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının bir hissəsi və Madrid ilə ikitərəfli razılaşma əsasında iştirak edir.
Açıqlamada deyilir ki, Taktiki Liderlik Proqramı (TLP 241) təliminin məqsədi beynəlxalq əməkdaşlıq yolu ilə İsveçrə Ordusunun müdafiə qabiliyyətini gücləndirməkdir.
İspaniyaya təxminən 36 İsveçrə hərbçisi gedəcək. Təlimlərə, ümumilikdə, 300-dən çox hərbi qulluqçu, 30-a yaxın döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi cəlb olunacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...