İsveçrə Alplarında maraqlı kəşf: 2 min illik Roma hərbi düşərgəsi tapılıb
İsveçrənin şərqindəki Alp dağlarında Qədim Romalılara məxsus 2000 illik hərbi düşərgə aşkar edilib. Arxeoloqlar 2021-ci ildən bəri bölgədə Roma tarixi ilə bağlı araşdırmalar aparırlar. Xüsusilə Qədim Romanın Suanetes qəbiləsi ilə qarşılaşdığı döyüş meydanını tədqiq etməyə çalışan alimlər layihədə iştirak edən bir könüllü sayəsində keçən il məqsədlərinə çatıb.
O, dəniz səviyyəsindən təxminən 2220 metr hündürlükdə dağlarda əvvəllər məlum olmayan hərbi düşərgə tapıb.Alimlər LiDAR texnologiyasından istifadə edərək ərazini ətraflı araşdırıb və düşərgənin strateji əhəmiyyətli yerdə olduğunu müəyyən edib. Düşərgənin ətraf vadiləri müşahidə etməyə imkan verdiyi güman edilir.
Tədqiqatçılar müəyyən ediblər ki, hərbi düşərgə üç səngər və divarla möhkəmləndirilib. Aparılan qazıntılar zamanı atılan güllələr və ayaqqabı mismarları tapılıb. Güllələrin üzərində Romanın Üçüncü Legionunun nişanları var. Bu legionun məlum döyüş sahəsi ilə əlaqəli olduğu düşünülür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...