İsveçdə tikilməkdə olan su parkı yanıb
İsveçin Göteborq şəhərində tikilməkdə olan akvaparkda yanğın baş verib. Yanğın qısa müddətdə bütün binanı bürüyüb və bir-birinin ardınca partlayışlar baş verib. Səmanı bürüyən tüstü buludu kilometrlərlə uzaqdan görünüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Göteborqun ən məşhur turistik yerlərindən biri olan Liseberq əyləncə parkında yerləşən və 1750 nəfər tutumlu “Oceana” su parkının yaz aylarında açılması planlaşdırılırdı.
1923-cü ildə şəhərin mərkəzində açılan Liseberq əyləncə parkı hər il təxminən 3 milyon ziyarətçiyə ev sahibliyi edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...