İsveçdə COVID-19-a yoluxma halları artır
İsveçin İctimai Səhiyyə Agentliyi COVID-19-a yoluxanların sayında kəskin artım olduğunu qeyd edir. Lakin dövlət epidemioloqu Maqnus Giesslenin sözlərinə görə, narahatlığa əsas yoxdur.
Epidemioloq əlavə edib: “SARS-CoV-2 virusu daim mutasiyaya uğrayır, bu o deməkdir ki, o, yeni insanlara, eləcə də əvvəlki infeksiyalara və peyvəndlərə qarşı immuniteti olan şəxslərə də keçə bilər. Omikronların meydana çıxmasından bəri, onların alt variantları yayıldı və indi bu ştammın immun sistemini aşmasını asanlaşdıran mutasiyaları olan iki variant artır və yayılır”.
Fhnews.az xəbər verir ki, isveçli epidemioloqun sözlərinə görə, vaksin orqanizmi yeni infeksiyalardan kifayət qədər zəif müdafiə edir, lakin ciddi xəstəliklərdən yaxşı qoruyur. O əlavə edib ki, yaşlı və zəif insanların yoluxma riski daha yüksəkdir.
Maqnus Giesslen daha sonra bildirib: “Qeyd edim ki, 65 yaşdan yuxarı və 80 yaşını keçmiş, eyni zamanda, sağlamlıq problemləri olan insanlar ilboyu qorunmaq üçün ildə iki dəfə peyvənd olunmalıdır”.
Son məlumatlara görə, Danimarka və ABŞ-da da COVID-19-a yoluxma halları artır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...