İsveç hökuməti Höteborq limanında su marşrutunun dərinləşdirilməsi layihəsini təsdiq edib
Bir neçə illik planlaşdırmadan sonra İsveç hökuməti Höteborq limanında farvateri dərinləşdirmək qərarına gəlib.
Fhnews.az xəbər verir ki, 2,8 milyard dollara başa gələcək on bir kubmetr lil və daşın çıxarılmasından dörd il sonra liman dünyada ən böyük konteyner gəmilərini qəbul edə biləcək.
Cümə axşamı hökumət İsveç nəqliyyat administrasiyasının on müxtəlif layihəsinin həyata keçirilməsini təsdiq edib, onlardan ən böyüyü, məhz Höteborqda su marşrutunun dərinləşdirilməsi – “Skandiaporten” layihəsidir.
“Höteborq limanı yalnız İsveçin deyil, həm də əhəmiyyətli dərəcədə Şimal regionunun ən mühüm limanıdır. Artıq bu gün İsveç xarici ticarətinin üçdəbiri və İsveç konteyner daşımalarının 65 faizi bu limandan keçir, su marşrutunun dərinləşməsi ilə isə onun ötürmə qabiliyyəti daha da arta bilər”, - deyə infrastruktur və mənzil tikintisi naziri Andreas Karlson bildirir.
Hökumət bu qərarı Avropa Komissiyası İsveç dövlətini maliyyələşdirmədə iştirakçı tərəf kimi təsdiq etdikdən sonra qəbul edib. Layihənin büdcəsi 2017-ci ilin hesablamalarına görə 2,8 milyard dollar təşkil edib, bunun 1,2 milyard dolları bələdiyyənin payına düşür. Ümumilikdə, 15 il ərzində konteyner gəmilərinin tutumu 50 faiz artıb və bu gün ən böyük gəmilər Höteborq limanına cəmi yarıya qədər yükü olaraq daxil ola bilər. Eyni zamanda, gəmiçilik şirkətləri daha böyük ölçüdə gəmiləri layihələşdirir.
“Farvaterin dərinləşdirilməsi sayəsində ən böyük gəmilər gələcəkdə limana tam yüklü daxil ola biləcək, bu da öz növbəsində mövcud hərəkətin çevikliyini də təmin edəcək”, - deyə Höteborq limanının baş direktoru Yoran Eriksson bildirib.
Höteborq bələdiyyə şurasının sədri Yonas Atteniusun sözlərinə görə, limandan malların ölkənin qalan hissəsinə tez bir zamanda və ekoloji cəhətdən təhlükəsiz daşınması üçün limanın dəmir yolları ilə əməkdaşlığına da diqqət yetirmək çox vacibdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...