22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İsveç arxeoloqları Laplandiya dağlarında dəmir dövrünə aid ov alətləri aşkar ediblər

31-08-2024
IMG

Laplandiya dağlarında buzlaqların əriməsi nəticəsində yaşı təxminən min ildən çox olan xeyli ov aləti aşkar edilib.

Fhnews.az xəbər verir ki, bu yaxınlarda aparılan arxeoloji qazıntılar zamanı isveçli alimlər ümumilikdə 15 ox sapı aşkar ediblər ki, onlardan bəzilərində ox ucluqları və bir dəstə ox qorunub saxlanılıb.

“Adətən yalnız dəmir, daş və keramikadan hazırlanmış məmulatlar bu qədər uzun müddət qorunub saxlanılır. Hal-hazırda üzvi materialdan - ağacdan bəlkə də bir neçə min il yaşı olan əşyalarımız var. Məhz bu, arxeoloji tapıntını bu qədər dəyərli edir”, - deyə Stokholm Universitetinin laboratoriya arxeologiyası üzrə professoru Kerstin Liden bildirib.

Tapıntıların tarixi hələ müəyyən edilməyib, lakin Lidenin sözlərinə görə, onlar çox güman ki, erkən dəmir dövrü ilə orta əsrlər arası dövrə aiddirlər.

Analizlərin nəticələri dağ sakinlərinin ov alətlərini necə və hansı materiallardan hazırladıqlarını üzə çıxaracaq. Oxları bağlamaq üçün heyvan vətərlərindən istifadə edildiyi artıq müəyyən edilib. Analizdən sonra alətlər Laplandiya muzeylərinə veriləcək.

Lidenin fikrincə, buzlaqlar əriməyə davam etdikcə, yeni tapıntılar gözlənilməkdədir.

Paylaş: