İsveç alimləri xərçəngin müalicəsində inqilabi metod hazırlayıblar
İsveç alimləri xərçəngin müalicəsində inqilabi metod hazırlayıblar.
Fhnews.az “Science” jurnalına istinadla xəbər verir ki, Lund Universitetinin tədqiqatçıları bədxassəli şiş hüceyrələrini aldadaraq, onların özlərinə hücum etməsini təmin ediblər.
Metodun mahiyyəti xərçəng hüceyrələrini xüsusi bir immun hüceyrə növünə - cDC1-ə yenidən proqramlaşdırmaqdır. Bu dəyişdirilmiş hüceyrələr bədxassəli şişləri məhv etmək üçün T limfositlərinə çıxış açaraq, şişin qoruyucu maneəsini məhv edə bilir.
Alimlər müxtəlif hüceyrə növlərinin cDC1-ə çevrilməsini təmin edən üç əsas transkripsiya faktorunu müəyyən ediblər. Viral vektorlardan genetik materialı xərçəng şişi baryerinə çatdırmaq üçün istifadə olunub. Metodun effektivliyi bir sıra təcrübələrlə təsdiqlənib. Belə ki, əvvəlcə yenidən proqramlaşdırılmış hüceyrələr xərçəng şişi hüceyrələrinə yeridilib. Bu uğurlu sınaqdan sonra təcrübə siçanlarda təkrarlanıb. Burada yeni metodun immunoterapiya ilə birləşməsi şişlərin böyüməsinin və yayılmasının qarşısını almaqda müsbət nəticələr göstərib.
Alimlər qeyd ediblər ki, müalicə həm də eksperimental heyvanlarda şişlərin təkrar yaranmasına qarşı qorunma təmin edərək, həm də T hüceyrələrinin sayının artmasına təkan verib.
Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar. Alimlər hesab edirlər ki, onların bu inqilabi kəşfi xərçəngin müalicəsində əsl sıçrayış ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...