İstanbulda Yeni il şənlikləri 5 min kamera ilə izləniləcək
Yeni ilin başlanmasına saatlar qalıb. Taksimdə Yeni ilə girmək istəyənlərin təhlükəsizliyini təmin etmək üçün Taksim Meydanı, İstiqlal küçəsi və ətrafında tədbirlər görülməyə başlanıb. Taksim meydanı və ətrafına Şəhər Təhlükəsizlik İdarəetmə Sistemi kameraları quraşdırılıb. Respublika abidəsinin ətrafına polis baryerləri qoyulub.
Gəzi Parkında yerləşdirilən səyyar avtomobildə Şəhər Təhlükəsizlik İdarəetmə Sistemi (KGYS) qrupları tərəfindən bölgəyə kameralar yerləşdirilib. Gecə ərzində başda Beyoğlu, Beşiktaş, Şişli və Kadıköy olmaqla gecə 2500 məntəqə 15 min kamera ilə izləniləcək. Monitorinqlər nəticəsində şübhəli hesab edilən şəxslərin və hadisələrin sahə üzrə qruplara çatdırılacağı və dərhal müdaxilə ediləcəyi öyrənilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...