22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbulda Yeni il coşqusu

01-01-2024

İstanbulun ürəyi Taksim hər il olduğu kimi bu il də Yeni il şənliklərinin ünvanı oldu. Yeni il şənlikləri üçün İstiqlal küçəsinə yerli və xarici qonaqlar axın edib. Yeni il şənliklərində bəzilərinin seçimi Nişantaşı olub. Abdi İpəkçi küçəsində nəqliyyatın hərəkəti üçün bağlanan işıqlı ağacların qarşısında vətəndaşlar xatirə şəkli çəkdirib.

2024-cü ilin ilk saniyələrində Boğaziçidə təşkil edilən atəşfəşanlıq nümayişləri rəngli görüntülər yaradıb. Təhlükəsizlik tədbirləri çərçivəsində gecə boyunca Beyoğlu, Beşiktaş, Şişli və Kadıköy başda olmaqla 2500 məntəqə 15 min kamera ilə izlənilib. İstanbulda Yeni il gecəsi üçün 55 min nəfərlik təhlükəsizlik qüvvəsi təyin edilib. İstanbulda keçirilən Yeni il şənliyindən görüntüləri təqdim edirik:

Etiketlər:
Paylaş: