22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbulda havanın temperaturu mövsümi normadan yüksəkdir

05-06-2024
IMG

İstanbulun Afrika və Ərəbistan yarımadasından gələn isti hava  dalğasının təsiri altında olduğu, izobar silsiləsi səbəbindən temperaturun mövsüm normalarından yüksək olduğu bildirilib.

İstanbul Texniki Universitetinin Meteorologiya Mühəndisliyi Bölümünün professoru  Hüseyn Toros Mərmərə Bölgəsi və İstanbulda temperaturun 32 dərəcəyə çatdığına diqqət çəkərək deyib ki, İstanbulda uzun illər orta hesabla ən yüksək temperatur 26,9 dərəcə olub.

Temperaturların həftə sonuna qədər təsirli olmağa davam edəcəyini bildirən Toros fikirlərini belə əsaslandırıb :  "Ölkəmiz izobar silsilənin yuxarı səviyyələrində yüksək təzyiq uzanmasının təsiri altındadır. Yerdə hava yüksək təzyiq mərkəzi kimi çökür və düşdükcə  bu vəziyyət Afrika və Ərəbistan yarımadasından gələn istilik dalğası ilə birlikdə temperaturun artmasına səbəb olub.

İstanbulda havanın temperaturu cümə gününə qədər mövsüm normalarından 7-8 dərəcə yüksək olacaq. Cümə günü ölkənin daxili bölgələrində güclü yağış müşahidə oluna bilər, lakin İstanbulda belə hava durumu gözlənilmir. Amma İstanbulda havanın temperaturu aşağı düşərək 27 dərəcə olacaq.

Paylaş: