İstanbulda hava çirkliliyi artıb
İstanbulda hava çirkliliyi ilin ilk 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 % artıb.Şəhərdəki hava keyfiyyəti ölçmə stansiyalarından toplanan məlumatlara görə, İstanbulda havanın çirklənməsini göstərən orta azot dioksidi 1 yanvar - 31 iyul 2023-cü il tarixləri arasında hər kubmetr üçün 35,55 mikroqram olaraq ölçülüb. Bu il isə bu göstərici 40,61 mikroqram/kubmetr olub.Müvafiq olaraq, İstanbulda azot dioksidin səbəb olduğu hava çirkliliyi bu ilin 1 yanvar - 31 iyul tarixləri arasında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 % artıb.
İstanbul Texniki Universiteti Aeronavtika və Kosmonavtika Fakültəsi Meteorologiya Mühəndisliyi Bölümünin professor Hüseyn Toros açıqlamasında şəhərdə hava çirkliliyi dəyərlərinin hər gün dəyişdiyini bildirib.Hava çirkliliyinin dəyişməsində nəqliyyatın, sənaye obyektlərindəki fəaliyyətlərin, istiliklə əlaqəli çirkləndiricilərin və meteoroloji faktorların əhəmiyyətli olduğunu ifadə edən Toros xüsusilə İstanbulda havanın çirklənməsində nəqliyyatın ən əhəmiyyətli faktor olduğunu deyib.
İstanbulda hər gün trafikə yeni avtomobillər daxil olduqca bu rəqəmin artdığını vurğulayan Toros əlavə edib ki, avtomobillərin sayı artdıqca İstanbulun tıxacları da artır, nəqliyyat vasitələri dayanıb getdikcə daha çox tullantı və atmosfer buraxır. İstanbulda nəqliyyat vasitələrinin sayının azaldılması və ictimai nəqliyyatdan daha çox istifadə edilməsi lazımdır.
Atmosferə atılan çirkləndiricilərin qlobal miqyasda hər kəsə təsir etdiyini ifadə edən Toros fikirlərinə belə belə davam edib :
"Dünya temperatur rekordu iyulun 22-də yenilənib. Ondan əvvəlki iyulda yenidən temperatur rekordları qırılıb. Əvvəlki illərin iyun ayında ölkəmizdə temperatur göstəricilərini müqayisə etdikdə görürük ki, havanın temperaturu 3,6 dərəcə yüksək olub. Atmosferin çirklənməsi tənəffüs yolları, ürək-damar xəstəlikləri və hətta beyin xəstəliklərinə səbəb olur.Araşdırmada digər çirkləndiricilərə də baxdıqlarını vurğulayan Toros hissəciklərin nisbətinin azaldığını, kükürd dioksid, ozon və karbon monoksit miqdarının artdığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...