İstanbulda bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB 3
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.
Fhnews.az xəbər verir ki, dağıntılar altından ümumilikdə səkkiz nəfər yaralı, bir nəfər isə ölü çıxarılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Küçükçükmece rayonunda yerləşən üçmərtəbəli yaşayış binası çöküb. Bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
12:43
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Fhnews.az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.
Bildirilib ki, iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Qeyd olunub ki, bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
11:09
İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında qalanlar var.
Fhnews.az xəbər verir ki, hadisə şəhərin Küçükçükmece rayonunda baş verib.
İstanbul Valiliyinin verdiyi açıqlamaya əsasən, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.
Hadisə yerli vaxtla saat 08:40 radələrində baş verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...