İstanbulda baş verən yanğın fabriki külə çevirib
İstanbul Qaziosmanpaşada bir fabrikin anbarında baş verən və bitişik iş yerlərinə sıçrayan yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb. Hadisə zamanı ölən və yaralanan olmasa da, fabrik demək olar ki, kül olub.
Qeyd edək ki, Karayolları rayonu, 648-ci küçədə yerləşən fabrikin anbarında naməlum səbəbdən yanğın baş verib. Yanğının yaratdığı güclü tüstü ətrafa yayılıb.Qısa müddətdə böyüyən yanğın fabrikin yanında yerləşən ayaqqabı anbarına və iş yerinə keçib.
Xəbərdarlıq üzərinə Qaziosmanpaşa, Bakırköy və Kadıköydən xilasetmə briqadaları, həmçinin polis, səhiyyə və Milli Tibbi Xilasetmə Qrupu (UMKE) bölgəyə sövq edilib.
Yanğın söndürülərək nəzarətə götürülüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...