22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbulda 1556 riskli bina var

27-06-2024
IMG

Söhbət riskli binalardan gedir. İstanbul Bahçelievlerdə 7 mərtəbəli binanın uçması meqapolisdə tabut bina  problemini yenidən gündəmə gətirib. İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına görə, İstanbulda zəlzələ olmasa belə uçmaq təhlükəsi ilə üzləşən 1556 bina var.

2000-ci ildən əvvəl tikilmiş binalara diqqət çəkən İTU İnşaat Fakültəsi İnşaat Mühəndisliyi Bölümünün  professoru Həsən Yıldırım deyir ki,  mühəndislik xidməti görməyən bir çox bina 2000-ci ildən əvvəl tikilib. Betonu əl ilə töküblər. Təkcə betonun keyfiyyəti deyil, istifadə edilən sement də bərbaddır. Köhnə tikililərdə süzülmədən istifadə edilən dəniz qumuna diqqət çəkən alim əlavə edib ki, qabıqlar betonun içinə çökür. Midye qabıqları ilə düzəldilən betonu sıxılmış betona çevirmək imkansızdır. Bu, boş betona çevrilir. Boş beton da nəm çəkməyə meyllidir. Paslanma olduğu üşün dəmir öz həcmindən 5-6 dəfə genişlənir və betonu partlayır. 

Mühəndislərin vurğuladığı başqa bir məsələ də yerin quruluşudur. Xüsusilə sahilyanı ərazilərdə,təhlükəli zəminlərdə inşa edilən binalar real təhlükə mənbəyidir. 

Qeyd edək ki, Bahçelievlerdə uçan bina ilə bağlı araşdırmalar davam edir. Uçmuş binanın rəsmi sənədlərdə 4 mərtəbəli olduğu, 1994-cü ildə 3 mərtəbə qanunsuz olaraq artırılıb. 

Xatırladaq ki, bu yaxınlarda İstanbulun Küçükçekmece bölgəsində 3 mərtəbəli binanın uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanmışdı. Araşdırma zamanı məlum olub ki, dağılmış 35 illik tikiliyə 1,5 mərtəbə qeyri-qanuni əlavənin edilmiş və binanın tikintisində dəniz qumundan istifadə edilmişdi.

Paylaş: