22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbul üçün qeyri-sabit hava xəbərdarlığı

29-09-2024
IMG

İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul başda olmaq üzrə Mərmərə bölgəsində yağan yağışların axşam saatlarından etibarən təsirinin artacağını bildirib.AKOM-dan verilən açıqlamada bildirilir ki, axşam saatlarından başlayaraq İstanbul başda olmaqla bütün bölgədə soyuq və yağışlı havanın təsirli olacağı gözlənilir.

Hazırda yay mövsümü dəyərlərində olan temperaturların şimaldan əsəcək küləyin güclənməsi ilə 8-10 dərəcə azalacağı, səhər saatlarına qədər arabir güclü leysan xarakterli olacağı, şimal və şərq rayonlarında daha güclü ola biləcəyi bildirilib.

Açıqlamada çərşənbə günündən etibarən havanın temperaturunun yenidən mövsümi normadan yuxarı qalxacağı, güclü leysan səbəbindən baş verə biləcək hər hansı neqativ hallara qarşı vətəndaşların hazırlıqlı və diqqətli olması qeyd edilib.

Paylaş: