İstanbul Hava Limanında yeni sistem: 3 təyyarə eyni anda enib-qalxa biləcək
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdulkadir Uraloğlu İstanbul Hava Limanında mövcud qaynaqlardan səmərəli istifadə etmək üçün 2022-ci ildən bəri "Eyni zamanda Müstəqil Üçlü Paralel Uçuş Yolu Əməliyyatları" tətbiqi üzərində çalışdıqlarını deyib. Bu yolla 3 təyyarənin hava limanında eyni anda müstəqil eniş və uçuş etmək imkanı olacaq.
Uraloğlu Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) Avropa Aviasiya Hesabatına əsasən, bu hava limanının 29 Yanvar-4 Fevral tarixləri arasında gündə orta hesabla 1309 uçuşla Avropanın ən işlək hava limanı olduğunu bildirib.
"İstanbul Hava Limanı göz bəbəyimizdir. Onun mövqeyini və hüquqlarını daha da gücləndirməliyik. İstanbul Hava Limanında mövcud resurslardan ən təsirli şəkildə istifadə etmək üçün "Eyni zamanda Müstəqil Üçlü Paralel Eniş-enmə zolağı Əməliyyatları" tətbiqi üçün araşdırmalar aparıldı. Gələn ay bununla bağlı təlimlərə başlanacaq. Bu sistem dünyada yalnız ABŞ-da var”-deyən nazir bu tətbiqin istifadəsi ilə İstanbul Hava Limanında hava trafikinin təhlükəsiz və sürətli şəkildə təmin ediləcəyini söyləyib.
Tətbiqin təhlükəsizlik analizi işinin Dövlət Hava Meydanları İdarəsi Baş Müdirliyi tərəfindən Avro Nəzarət Agentliyi ilə əməkdaşlıq çərçivəsində başladığını ifadə edən Uraloğlu əlavə edib ki, Fransada Avronəzarət bölməsində aparılan işlərin bu il ərzində tamamlanması planlaşdırılır. Türkiyə dünyada tətbiqin həyata keçirildiyi nadir ölkələrdən biri olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...