İstanbul-Ər-Riyad reysi ilə uçan təyyarə təcili Antalyaya enib
Sabiha Gökçən Hava Limanından yerli vaxtla saat 21.15-də havaya qalxan və SəudiyyəƏrəbistanı istiqamətinə uçan Pegasus Hava Yollarına məxsus TC-RDG qeydiyyatlı Airbus 321 tipli təyyarənin havaya qalxmasından bir müddət sonra bəzi sərnişinlər tərəfindən yük hissəsindən səslər gəldiyi söylənilib. Təyyarə Kipr adasının sahillərində olarkən sərnişinlər yük hissəsində olan bir nəfərin “kömək edin” bağırtısını eşidib.
Pilotun verdiyi qərarla təyyarənin Antalya hava limanında təcili enişinə qərar verilib. Hava limanının uçuş-enmə zolağı ətrafında təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və tibb qrupları cəlb edilib.
Təyyarə yerli vaxtla saat 23.45-də hava limanına endikdən sonra yük bölməsində araşdırma başladılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...