22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İstanbul əhalisinin sayına görə 131 ölkəni geridə qoyub

07-02-2024

Türkiyənin ən sıx əhalisi olan İstanbul şəhərinin əhalisi  2023-cü ildə 252 min 27 nəfər azalaraq 15 milyon 655 min 924 nəfərə düşüb, amma buna baxmayaraq yenə də əhalisinin sayına görə 131 ölkəni geridə qoyub. Türkiyə Statistika Qurumu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesabatı bu nəticəyə gəlməyə əsas verib. 

Türkiyənin ümumi əhalisinin 18,34 faizini təşkil edən şəhərdə 7,80 milyon kişi və 7,84 milyon qadın yaşayır. 

10,2 milyon əhalisi olan Portuqaliya və Macarıstan, 12,5 milyon əhalisi olan Tunis və 11,7 milyon əhalisi olan Belçika əhalisinin sayına görə İstanbuldan geri qalır. 

İstanbulun əhali sayına görə geridə qoyduğu digər ölkələr kimi İordaniya, Yunanıstan və Azərbaycan da qeydə alınıb.

Paylaş: