İstanbul Ədliyyəsinə hücuma cəhd edən terrorçular zərərsizləşdirilib
Çağlayanda İstanbul Ədliyyə Sarayının qarşısındakı polis məntəqəsinə silahla atəş açılıb. Silahlı hücuma cəhd edən 2 DHKP/C terrorçusu ələ keçib, 3-ü polis olmaqla 6 nəfər yaralanıb.
İlkin təsbitlərə görə hadisədə biri qadın olmaqla 2 təcavüzkar zərərsizləşdirilib, 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Bölgəyə çoxlu polis və sağlamlıq qrupu sövq edilib. Hadisə ilə əlaqədar meydanın yaxınlığında yerləşən ədliyyə binasının C qapısı bağlanarkən, polis qrupları tərəfindən ədliyyə binası ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb.
Bundan başqa, polis helikopteri də havadan nəzarəti gücləndirib.
Yaralı polis məmurları və vətəndaşlar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alan polis əməkdaşlarının ümumi sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.
İstanbul Baş prokuroru Şaban Yılmaz hadisədən sonra meydana gedərək hadisə yerinə baxış keçirib.
Araşdırma zamanı zərərsizləşdirilən hücumçuların DHKP/C terror təşkilatının üzvləri Pınar Birkoç və Emrah Yayla olduğu müəyyən edilib. Hadisədən sonra qaçan hücumçulardan biri yaralı halda yaxalanıb.
Sözügedən terror hücumu anı məhkəmə binasının təhlükəsizlik kamerasına düşüb. Kadrlarda biri qadın olan iki nəfərin tapança ilə atəş açdığı görünür. Polisin şübhəlilərə silahla cavab verdiyi və iki şübhəlini zərərsizləşdirdiyi anlar qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...