İstanbul 23 ildən sonra NATO sammitinə ev sahibliyi edəcək
NATO sammitinin 2027-ci ildə Türkiyədə keçirilməsi qərara alınıb. Xatırladaq ki, Türkiyə NATO sammitinə cəmi bir dəfə-2004-cü ildə İstanbulda ev sahibliyi edib. O zaman İstanbulda 46 ölkənin hökumət və dövlət başçılarının iştirakı ilə NATO-nun 26 üzvünün İstanbul toplantısı keçirilmişdi.
Sammitdə ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Böyük Britaniyanın baş naziri Toni Bleyer, Almaniyanın baş naziri Gerhard Şröder və İtaliyanın baş naziri Silvio Berluskoni də iştirak etmişdi.
ABŞ prezidenti Buşun NATO zirvəsindən sonra İstanbulu tərk etməzdən əvvəl etdiyi çıxış o zamanlar geniş müzakirə olunurdu. Ortaköy məscidi, Boğaziçi körpüsü və arxa planda Boğaziçi mənzərəsi ilə etdiyi çıxışda o zamankı Amerika prezidenti Türkiyənin güclü və dünyəvi bir ölkə olduğunu və Avropa Birliyinin bir parçası olmasının vacibliyini söyləmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...