İsrailin şimalı uçuşlara bağlandı
Beyrut və Tehrandakı hücumlardan sonra İsrail rəhbərliyi bölgədə yaranan gərginliyə görə ölkənin şimalını uçuşlara bağlayıb.
İsrail mətbuatında yer alan xəbərlərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin yuxarısında yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib. Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bu gün səhər tezdən isə “HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...