İsraildə fövqəladə vəziyyət elan edili
Tel-Əviv rəhbərliyi hökumətin iclasında telekonfrans səsverməsi ilə 30 sentyabr tarixinə qədər fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.İsrail mətbuatında çıxan xəbərlərə görə, İsrail hökumətinin genişləndirilmiş siyasi və daralmış təhlükəsizlik kabinetlərinin iclasları başlayıb.İsrailin gün ərzində hava zərbələri endirdiyi Livandan atılan raketlərlə cavab verməsindən sonra Təl-Əviv rəhbərliyinin ölkə daxilində fövqəladə vəziyyət elan etdiyi bildirilib.
Nazirlər Kabinetinin iclasında nazirlər telekörpü vasitəsilə sentyabrın 30-dək bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək barədə razılığa gəliblər. Bildirilib ki, sözügedən qərar Livan Hizbullahı ilə gərginləşən münaqişələr fonunda vəziyyətin sürətlə dəyişəcəyi təqdirdə fövqəladə vəziyyətin hökumətə daha geniş səlahiyyətlər verdiyi üçün verilib. Fövqəladə vəziyyətin İsrail ordusunun daxili cəbhə komandanlığının təhlükəsizlik xəbərdarlığı ilə bağlı olmadığı vurğulanıb.
Livandan atılan raketlər səbəbindən İsrailin şimalındakı strateji liman şəhəri Hayfada hücum həyəcanı işə düşüb.Hayfada Livandan atılan raketlər və İsrailin hava hücumundan müdafiə sistemlərindən atılan raketlər nəticəsində səmada yüngül izlər peyda olub və güclü partlayışlar baş verib.Bölgəyə düşən raketlə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...