22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İsrail ordusu hücumdan əvvəl dinc sakinləri Rafahdan təxliyə etməyə söz verib

14-02-2024

İsrail hərbçiləri hücum əməliyyatı başlamazdan əvvəl Rafahdan dinc əhalini təxliyə edəcək.

Fhnews.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Hücuma başlamazdan əvvəl Qəzza zolağının cənubundakı mülki insanları Rafahdan təxliyə etmək üçün çalışacaqıq. Bilirik ki, mülki insanların olduğu bu ərazidə döyüşmək bizim üçün çətin olacaq. Ətrafda 1 milyon insan və daha 10 min nəfər HƏMAS üzvü var”, - deyə Baş Qərargah rəisi bildirib.

O, həmçinin əmin edib ki, anklavda keçirilən əməliyyat zamanı İsrail ordusu gözlənildiyindən daha əhəmiyyətli uğurlar əldə edib, lakin qələbəyə hələ çox var. Onun sözlərinə görə, HƏMAS-ın itkiləri çoxlu komandirlər də daxil olmaqla 10 min nəfər təşkil edir.

Halevi qeyd edib ki, Fələstin silahlı dəstələrinin demək olar ki, hər gün fəallaşdığı Qəzza zolağının şimalında İsrail ordusu fəaliyyətini davam etdirir.

Ötən həftə Baş nazir Benyamin Netanyahu İsrailin gözlənilən hücumundan əvvəl Rafahdan dinc əhalinin təxliyəsi üçün planın hazırlanmasını əmr edib.

Bununla belə, Qərb, ərəb ölkələri və BMT İsrailin Rafaha hücum planını tənqid edib.

Paylaş: