22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İspaniyanın səhiyyə sistemində qripə yoluxma hallarının artdığı dövrdə 8530 tibb işçisi işini itirib

03-02-2024

Milad bayramından sonra bütün İspaniya üzrə tibb mərkəzlərini və xəstəxanaları respirator infeksiyaları, xüsusən də qripin yayılması səbəbindən əsl böhran bürüyüb. Bəzi müstəqil icmalar məcburi şəkildə maska taxılmasını tətbiq edib, Səhiyyə Nazirliyi isə təcili olaraq Ərazilərarası Şuranın iclasını çağırıb ki, maska ilə bağlı tələb Krallığın bütün ərazisini əhatə etsin və bu yolla virusların yayılmasının qarşısı alınsın.

Fhnews.az İspaniya mətbuatına istinadla xəbər verir ki, Müstəqil Həmkarlar İttifaqları və Dövlət Qulluqçuları Mərkəzinin (CSIF) məlumatına görə, bütün bunlara baxmayaraq, yanvar ayında 8530 tibb işçisi işini itirib.

Həmkarlar İttifaqı, son bir ayda xəstəxanalarda və tibb mərkəzlərində müşahidə olunan vəziyyətləri, yəni, pasiyent axınından sözün əsl mənasında əziyyət çəkən xəstələrin mütəxəssislərin qəbuluna düşmək üçün saatlarla gözlədiklərini nəzərə alaraq, bu vəziyyəti “heyrətamiz” adlandırır.

CSIF hesab edir ki, bu vəziyyət “İspaniya vətəndaşlarını ələ salan” siyasi liderlərin “məsuliyyətsizliyini” nümayiş etdirir.

Paylaş: