İspaniyanın cənubunda Qərbi Nil virusu yayılıb
İspaniyanın cənubundakı Sevilya şəhərində son bir ayda Qərbi Nil virusundan ölənlərin sayı 5-ə yüksəlib.Əndəlus muxtar hökuməti Səhiyyə Nazirliyinin mətbuata verdiyi məlumatda Sevilyanın Coria del Rio şəhərində Qərbi Nil virusundan daha iki nəfərin öldüyü və bu virusdan ölənlərin sayının artdığı bildirilib.
Nazirlik qeyd edib ki, Sevilyanın Dos Hermanas, Los Palacios, Villafranca, Coria del Rio, Gerena və Carmona şəhərlərində indiyədək 10 nəfərdə Qərbi Nil virusu aşkar edilib.
Qeyd edək ki, 2024-cü ildə Qərbi Nil virusuna yoluxanların sayı 40-a çatıb.Xüsusilə ağcaqanad sancmaları ilə yayılan virusa qarşı Sevilyadan keçən ən böyük çay olan Quadalquivir ətrafında nəzarəti gücləndirən Əndəlus muxtar rəhbərliyi bölgə xalqına ağcaqanaddan qoruyucu tədbirlər görməyi tövsiyə edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...