İspaniyalı nazir: Bu fəlakətin krallıq tarixində bənzəri yoxdur
İspaniyanın nəqliyyat naziri Oskar Puente ölkədə güclü daşqınlara səbəb olan fırtınanın yaratdığı fəlakətin miqyasının krallıq tarixində misli görünmədiyini bildirib.
Fhnews.az xəbər verir ki, nazir “El Pais” qəzetinə müsahibəsində bu fəlakətin ölkə tarixində misli görünməmiş hadisə olduğunu deyib. Onun sözlərinə görə, təbii fəlakətdən bütün Valensiya əyaləti zərər çəkib. Puente ümid etdiyini bildirib ki, maksimum iki həftə ərzində Madrid və Valensiya arasındakı sürətli qatar xəttində hərəkəti bərpa etmək mümkün olacaq.
İspaniya hakimiyyəti təbii fəlakətdən zərər çəkmiş bölgələrə yardım üçün yüzlərlə əsgər göndərib. Daxili İşlər Nazirliyi isə daşqınların ən çox ziyan vurduğu ərazilərə 4,5 minə yaxın mülki qvardiya və polis əməkdaşı yerləşdirib.
Son məlumata görə, Valensiyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, itkin düşənlərin axtarışı hələ də davam edir. Hakimiyyət orqanları ölənlərin sayının artacağını istisna etmir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...