İspaniyada sel fəlakətindən sonra Valensiyada 253 nəfər həbs edilib
İspaniyanın şərqindəki Valensiya bölgəsində baş verən daşqın fəlakətindən sonra talan hadisələrinə görə saxlanılanların sayının 253-ə yüksəldiyi bildirilib.
Valensiyada axtarış-xilasetmə işləri, küçə və evlərin palçıqdan təmizlənməsi davam etsə də, bölgədəki təhlükəsizlik problemi hələ də həll edilməyib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, fəlakət bölgəsi elan edilən Valensiyada son 24 saat ərzində 253 nəfər tutulub, şübhəlilərdən 100-dən çoxu həbsxanaya göndərilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...