22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

31-10-2024
IMG

İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

Fhnews.az xəbər verir ki, bu barədə Regional Təcili Yardım Xidməti xəbər verib.

Qeyd olunur ki, 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mança (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.

Oktyabrın 29-da cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin hakimiyyəti sakinləri evlərini tərk etməməyə çağırıb.

Meteoroloqların proqnozlarına görə, kəskin hava şəraiti 31 oktyabra qədər davam edəcək.

Ölkədə çoxsaylı insan tələfatı ilə bağlı matəm elan edilib.

Hazırda kralıqda 8 bölgə (Əndəlüs, Valensiya icması, Araqon, Kastiya və Leon, Kataloniya, Ekstremadura, Navarra, Seuta) hələ də güclü yağışlar və sel təhlükəsi altındadır.

Vəziyyətlə əlaqədar olaraq, ölkənin fövqəladə vəziyyətlər bölməsi Valensiya əyalətində 1 000-dən çox hərbçini yerləşdirərək, yerli Fövqəladə Halların Koordinasiya Mərkəzi ilə birlikdə leysanların nəticələri ilə mübarizə aparır.

Paylaş: