İspaniyada iki min il yaşı olan bürünc əşya tapılıb
İspaniyanın şimalında üzərində dörd sətirlik qəribə simvolların həkk olunduğu təxminən iki min il əvvələ - Dəmir dövrünə aid bürünc əşya tapılıb.
Fhnews.az “Science alert” saytına istinadla xəbər verir ki, əl şəklindəki əşyanın üzərinə həkk edilən epiqraf sonradan bask dilinə çevrilmiş qədim “paleohispan” dilləri ilə əlaqələndirilir.
Tədqiqatçılar artefaktın üzərində “sqraffito” texnikasından istifadə edilərək yazılan mətnin xoşbəxtlik diləyən dua olduğunu düşünürlər. Onların fikrincə, həmin dövrdə bu ərazidə məskunlaşan Vaskones qəbiləsi bəzək əşyaları, əmək alətləri və silah istehsalında bürüncdən geniş istifadə ediblər. Əşyanın evin girişində aşkarlanması və üzərində kiçik dəliyin olması onun giriş qapısı üzərindən asılmış ola biləcəyini göstərir.
Araşdırmanın nəticələri “Antiquity” jurnalında dərc olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...