İspaniyada güclü yağış və daşqınlar bu dəfə Gironanı vurub
İspaniyada oktyabrın 29-da başda Valensiya olmaqla ölkənin şərqini və cənubunu fəlakət zonasına çevirən güclü yağış və sel bu dəfə Girona şəhərində problemlər yaradıb.
İspaniyanın şimal-şərqindəki Girona şəhərinin Cadaques rayonunda ötən gecə başlayan güclü yağışın səbəb olduğu sel ən azı 32 avtomobilə ziyan vurub.
Kataloniya Radiosuna danışan Cadaques Bələdiyyə Başçısı Pia Serinyana 2-3 saat davam edən güclü yağışın ciddi fəsadlar törətdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 29-da Valensiyada baş verən daşqından sonra ölənlərin sayı 219-a çatıb, 78 nəfər itkin düşüb.
Yerli hökumət rəsmiləri seldə 219 nəfərin həyatını itirdiyini, onlardan 211-inin Valensiyada olduğunu, indiyədək 36 min 572 adamın xilas edildiyini bildirib.
Daşqınla bağlı siyasi müzakirələrin qızışdığı İspaniyada ölüm sayının çoxluğuna görə məsuliyyət daşıyanlar axtarılır. Bildirilir ki, Valensiya muxtar hökuməti daşqın xəbərdarlığı ilə bağlı həyəcan mesajını telefonlara çox gec göndərib.
Digər tərəfdən, Dövlət Meteorologiya İdarəsinin proqnozlarına görə, Kataloniyanın şimal-şərqində və İspaniyanın cənub-qərbində Kadiz şəhəri ətrafında güclü leysan və qasırğa gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...