İspaniyada daşqınlardan ölənlərin sayı 223 nəfərə çatıb
İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente “X” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, daşqınlar nəticəsində 78 nəfər itkin düşüb, meyiti tapılan 48 nəfərin isə hələ də şəxsiyyəti müəyyən edilməyib.
Qeyd edək ki, Turis, Çiva və Bunyol şəhərləri kimi Valensiyanın bəzi hissələrinə 400 mm-dən çox yağıntı yağıb ki, bu da bir illik yağıntı normasına bərabərdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...