22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İspaniyada daşqın qurbanlarının ölkə rəsmilərinə etirazı

04-11-2024
IMG

İspaniyada oktyabrın 29-u axşam saatlarında ölkə tarixində ən dəhşətli daşqın fəlakətinin baş verdiyi Valensiya bölgəsində xalq kral VI Felipe, baş nazir Pedro Sançesə və Valensiya muxtar hökumətinin başçısı Karlos Mazona etiraz ediblər.

Seldən ən çox zərər çəkən Valensiya şəhərinin Paiporta bölgəsinə gedən Kral VI Felipe xalqın etirazından sonra bölgəni qısa müddətdə tərk etməli olub.
Təxminən 100 nəfərlik qrup İspaniya kralı və siyasətçilərin üzərinə palçıq və kürək atıb,onları  təhqir edib.

Kralın fəlakət bölgələrinə səfəri xaos səbəbindən ləğv edilib.

Paylaş: