İspaniyada bina çöküb: ölən və yaralananlar var
İspaniyanın şimalında yerləşən Kantabriya muxtariyyətinin Santander şəhərində binanın çökməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Fhnews.az “Europa Press” agentliyinə istinadla xəbər verir ki, hadisə şənbə günü səhər saatlarında baş verib.
Qəzanın səbəbi hələlik məlum deyil. Yerli sakinlər hadisədən öncə partlayış səsi eşitdiklərini bildiriblər. Yerli “Diario Cantabria” onlayn nəşri binanın qaz balonunun partlaması nəticəsində çökdüyünü yazıb.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. Faciənin səbəbləri araşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...