22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İspaniyada bələdiyyədən fərqli cəza

15-02-2024

İspaniyanın Kanar adalarından biri olan Tenerifedə bələdiyyə küçədə göyərçin bəsləyən qadını 1500 avro cərimələyib.Tenerife Bələdiyyəsi verdiyi yazılı açıqlamada ərazidə yaşayan bir qadının küçədə göyərçinlərə yem verərək bələdiyyə qaydalarını pozduğu səbəbiylə 1500 avro cərimə olunduğunu açıqlayıb.

Açıqlamada ictimai yerlərdə heyvan saxlayan şəxslərə qarşı sanksiyaların ictimai sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün tətbiq olunmağa davam ediləcəyi bildirilib və bələdiyyənin şəhər rəhbəri kimi üzərinə düşən vəzifəni yerinə yetirdiyi vurğulanıb.

Qeyd edək ki, Tenerifedə heyvanların mühafizəsi və sahibləndirilməsini tənzimləyən bələdiyyə qaydaları ictimai yerlərdə tapılan hər hansı bir heyvanın inzibati icazə olmadan qidalanmasını və ya yemlənməsini qadağan edir.

Paylaş: