İspaniyada 444 aviareys ləğv edilib
İspaniyanın “İberia” aviaşirkətinin əməkdaşları Üç Kral Festivalı zamanı 4 günlük tətil etmək qərarına gəldikdən sonra 444 aviareys ləğv edilib. İspaniyadakı yerli mətbuatın məlumatına görə, 5-8 yanvar tarixləri arasında İberia işçilərinin aid olduğu UGT, CCOO və USO həmkarlar ittifaqları tərəfindən verilən tətil qərarı səbəbiylə bilet alan 45.641 sərnişinin uçuşuna əngəl olacaq.
Ölkədə Üç Kral bayramı ilə üst-üstə düşən tətil səbəbindən 444 uçuş ləğv edilsə də, aviaşirkət qərardan təsirlənən müştərilərinə uçuş tarixlərini dəyişdirmək, yenidən bron etmək və ya pulun geri qaytarılmasını tələb etmək imkanı təklif edib.
Xristian inancına görə Hz. İsanın doğum günü İspaniyada hər il yanvarın 6-da üç kralın (Melçor, Qaspar, Baltasar) Avropa, Asiya və Afrika qitələrindən hədiyyələr gətirməsi ilə əlaqədar rəsmi dini bayram kimi qeyd edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...