İspaniya iki ildə 200 mindən çox ukraynalı qaçqını qəbul edib
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı vaxtdan bəri İspaniyaya 200 mindən çox ukraynalı qaçqın gəlib.
Fhnews.az EFE agentliyinə istinadla xəbər verir ki, İspaniya qəbul etdiyi ukraynalı qaçqınların sayına görə, Avropa İttifaqında beşinci yeri tutur. Ölkəyə sığınan qaçqınlardan 20,5 minə yaxını iş tapmağa nail olub. Eyni zamanda, Ukraynadakı müharibədən qaçan 29,5 min uşaq yerli məktəblərdə təhsil alır.
BMT-nin qaçqınlarla iş üzrə Ali komissarı Filippo Qrandinin sözlərinə görə, Rusiyanın hərbi təcavüzü və davam edən müharibə səbəbindən 10 milyondan çox insan, yəni Ukrayna əhalisinin təxminən dörddəbiri son iki il ərzində ya ölkə daxilində köçkün kimi yaşamağa, ya da qaçqın kimi xarici ölkələrə sığınmağa məcbur olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...