22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İsmayıl Serageldin: Azərbaycanın COP 29-a ev sahibliyi etməsi bizi məmnun edir

19-06-2024
IMG

Kyoto Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriyə baxsaq, 1997-ci ildə iqlim tullantılarının qarşısını almaq üçün ilk səylərin başladığı zamanla indiki vaxt müqayisə oluna bilməz.

Fhnews.az xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində deyib.

Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinin onları məmnun etdiyini vurğulayan İ.Serageldin bildirib: “Biz komandamızla sıx işləyirik, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm də Hindistanda 52 dərəcədən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədə çətindir. Ümumiyyətlə, qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çox ciddi problemdir”.

Paylaş: