İslandiyanın Reykjanes yarımadasında son 3 ayda üçüncü vulkan püskürməsi baş verib
İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhəri yaxınlığında son 3 ayda üçüncü dəfə vulkan püskürməsi baş verib. İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 06:00 radələrində vulkanın lava püskürdüyü görülüb.
Qeyd olunub ki, lava qərbə doğru hərəkət edir və Qrindavik şəhəri və bölgədəki elektrik stansiyası üçün heç bir təhlükə yoxdur.
Ölkədə yayımlanan RUV televiziyasının xəbərinə görə, vulkana yaxın bölgələrdə bəzi turizm obyektləri bağlanıb. İslandiya Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi rəsmilərindən Vidir Reynisson mətbuata verdiyi açıqlamada daha əvvəl vulkan püskürməsi vəziyyətində bölgənin tamamilə boşaldıldığını bildirib.
İslandiyada ard-arda baş verən zəlzələlərdən sonra vulkan püskürməsi ehtimalına qarşı noyabrın 11-də fövqəladə vəziyyət elan edilmişdi və səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərinin boşaldılmasına qərar vermişdi.
2023-cü il dekabrın 18-də Qrindavik şəhəri yaxınlığında yenidən vulkan püskürməsi baş verib və təxliyə edilənlərə dekabrın 22-də evlərinə qayıtmağa icazə verilib.
Yanvarın 14-də həmin ərazidə baş verən vulkan püskürməsindən sonra lava Qrindavikə çatdığı üçün qəsəbə sakinləri yenidən təxliyə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...