İslandiyada oyanmış vulkanın lavası artıq kosmosdan da göründü
İslandiyada oyanmış vulkan o qədər lava püskürüb ki, artıq onu kosmosdan görmək olur.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, kadrlar Avropanın “Copernicus” Kosmik Agentliyinin “ENTINEL-2” peykləri tərəfindən qeydə alınıb.
Xatırladaq ki, İslandiyadakı vulkan ötən ilin sonunda görünməmiş seysmik aktivlik əlamətlərini göstərməyə başlayıb. İsti lavanın super sürətlə hərəkəti isə alimləri xüsusilə narahat edib.
Son püskürmə zamanı yerli hakimiyyət orqanları məşhur hidrotermal kurortları boşaltmalı olublar.
Bundan əvvəl İslandiyada lavanın qar sahələrini necə əhatə etdiyi barədə drondan çəkilmiş heyrətamiz görüntülər yayılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...