İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB-2
İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.
Fhnews.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.
Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı Pakistan Prezidentini COP29-a dəvət etdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Millətlər Birliyi...
Prezident İlham Əliyev Palau Prezidenti...
Prezident İlham Əliyev Rusiyanın maliyyə...
Prezident İlham Əliyev ICESCO-nun Baş...
Prezident İlham Əliyev Kuala Lumpur...