İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib
Böyük Qayıdış proqramının icrası çərçivəsində aparılan işlərin bir istiqaməti də işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu sahədə dəstək tədbirlərini davam edirlər.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin tədbirlər sırasına sakinlərin vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları, peşə hazırlığı və əmək yarmarkaları daxildir.
İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin artıq məşğulluğu təmin edilib. Onlardan 87 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Hazırda 1000-dən çox şəxsin məşğulluğunun təmin edilməsi üçün iş aparılır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...