22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İşğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin ümumi sayı açıqlanıb

05-02-2024

2024-cü il yanvarın 30-dək işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin sayı açıqlanıb.

Fhnews.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Böyük Qayıdış çərçivəsində indiyədək 1360 ailə, 5354 nəfər doğma yurdlarına köçürülüb.

Şəhər və kəndlər üzrə siyahıya uyğun olaraq Füzuli şəhərinə 527 ailə (1969 nəfər), Laçın şəhərinə 431 ailə (1627 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 207 ailə (797 nəfər) köçürülüb.

Paylaş: