İraqın şimalında üç Türk əsgəri şəhid olub
İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin üç əsgəri şəhid olub, dörd əsgər isə yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölgədə terrorçuların sığındığı müəyyən edilən hədəflərə və qaçış istiqamətlərinə qarşı hava əməliyyatları həyata keçirilib. İlkin məlumata görə, dörd terrorçu zərərsizləşdirilib.
Nazirlik açıqlamasında şəhidlərə rəhmət, ailə üzvlərinə və Türkiyə xalqına başsağlığı, yaralılara isə şəfa diləyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...