İraq aviaşirkəti Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlara başlayıb
Bu gündən etibarən “Iraqi Airways” həftədə bir dəfə Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçirəcək.
Fhnews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, İraq aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 13:37-də Bakı hava limanına uğurlu eniş edib.
“Bakı hava limanı bütün sərnişinləri üçün xoş və təhlükəsiz mühit yaratmağa çalışır və geniş xidmət növləri təklif edir. Azərbaycan və İraq arasında hava əlaqələrinin genişləndirilməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək”, - deyə aeroportunun direktoru Teymur Həsənov bildirib.
Xatırladaq ki, Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa reys artıq 2023-cü il noyabrın 19-da həyata keçirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...