İrandakı qəzada ölən 28 zəvvarın nəşi Pakistana gətirilib
Avqustun 20-də İranda baş verən qəzada həyatlarını itirən 28 zəvvarın nəşi xüsusi təyyarə ilə Pakistana gətirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər nazirinin bəyanatında bildirilib. Qeyd olunub ki, Yəzddə baş verən avtobus qəzasında həyatını itirən 28 pakistanlı zəvvarın nəşi artıq Pakistana çatıb.
Sind əyalətinin Yakubabad şəhərinə eniş edən təyyarə əyalət naziri və digər dövlət rəsmiləri tərəfindən qarşılanıb. Qəzada xəsarət alan 16 pakistanlı da təyyarə ilə Pakistana gətirilib.
Təyyarə Pakistana yola çıxmamışdan öncə, İranın dövlət rəsmiləri Yəzd hava limanında həyatlarını itirənlərin xatirəsini anıblar. Pakistanın İrandakı səfiri Müdəssir Tipu və səfirliyin digər rəsmiləri tədbirdə iştirak ediblər.
“Biz İran hökumətinə onların xilasetmə və Pakistan vətəndaşlarının ölkələrinə geri göndərilməsi məsələsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə minnətdarıq”, - deyə bəyanatda qeyd olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...