İranda qaz kəmərində partlayış baş verib
İranın qərbindəki Çaharmahal və Bəxtiyari əyalətlərindən şimala - Xəzər dənizi ətrafındakı şəhərlərə doğru uzanan qaz kəmərində partlayış baş verib.
Fhnews.az “İran wire” saytına istinadən xəbər verir ki, qaz şəbəkəsinə nəzarət mərkəzinin meneceri Səid Ağlı dövlət televiziyasına açıqlamasında “təxribat və terror” aktı nəticəsində təxminən 1270 kilometrlik boru kəmərinin bir neçə hissəsinin zədələndiyini deyib. İranın neft naziri isə baş verənləri sabotaj adlandırıb.
Hadisə nəticəsində heç kimin xəsarət almadığı və ölkə daxilində qaz təchizatının adi rejimdə davam etdiyi bildirilir.
Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...