İranda prezidenti seçkiləri iyunun 28-də keçiriləcək
Vertalyot qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin yerinə müvəqqəti prezident təyin edilən birinci vitse-prezident Məhəmməd Muhbir prezident seçkilərinin tarixini iyunun 28-i elan edib.
İranın rəsmi agentliyi “İRNA”-nın xəbərinə görə, müvəqqəti prezident Məhəmməd Muhbir parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ədliyyə Başçısı Qulamhüseyn Muhsin Ejei ilə prezident seçkilərinin vaxtının müəyyən edilməsi ilə bağlı görüş keçirib.İclasın yekununda verilən bəyanata görə, prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Prezident seçkilərində namizəd olmaq istəyənlər mayın 30-dan iyunun 3-dək lazımi ərizələrini verməlidirlər.İyunun 12-dən iyunun 27-si səhərə kimi seçkilərin təbliği tədbirləri də aparılacaq.
İranın Konstitusiya Keşikçiləri Şurası bəyan edib ki, Konstitusiyaya uyğun olaraq, ölkənin lideri Əli Xamneyinin təsdiqindən sonra birinci vitse-prezident Məhəmməd Muhbir prezident səlahiyyətlərini icra edib.İran konstitusiyasına görə, parlamentin spikeri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün tədbirlər görməlidir.
Qeyd edək ki, İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...