İranda kömür mədənində baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb
İranın şimal-şərqindəki Tebes şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində azı 50 nəfər ölüb, 20 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb.
Agentliyin məlumatına görə, şaxtada partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib. Partlayış zamanı mədənin B və C bloklarında 69 nəfər olub. B blokundan 20 şaxtaçının cəsədi çıxarılıb, C blokunda işləyən 30 nəfərin hamısı ölüb.
Zərərçəkənlərə tibbi yardım göstərilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...