İranda keçirilən prezident seçkilərində islahatçı namizəd Pezeşkian 42,3 faiz səslə öndədir
İranda keçirilən 14-cü prezident seçkilərində 42,3 faiz səslə Məsud Pezeşkian liderlik edir, üçüncü yerdə 39,5 faiz səslə Səid Cəlili gəlir.
İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami səsvermə qutularının gecə yarısı açıldıqdan sonra 14 milyon 70 min 642 səsin hesablandığını açıqlayıb.Səs bölgüsünə baxsaq, Pezeşkian 5 milyon 955 min 781 səslə,yəni 42,3 faizlə yarışa liderlik edir.İndiyə qədər hesablanan səslərin 5 milyon 560 min 321-ni alan Celili isə 39,5 faiz səs çoxluğu ilə ondan sonra gəlir.
Məhəmməd Bakır Kalibaf 13,4 faiz səslə üçüncü, Mustafa Purmuhammedi isə 0,8 faizlə dördüncü yerdədir.
Qeyd edək ki, namizədlər birinci turda seçilmək üçün 50+1 faiz səs toplamalıdırlar.Birinci turda 50+1 faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi ölkənin 9-cu prezidenti olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...